Azərbaycanda ən gözəl qollardan biri burada vuruldu - Qəsəbədən VİDEO+FOTOREPORTAJ

15 Aprel 2024 00:30 Səbail 5 295
Azərbaycanda ən gözəl qollardan biri burada vuruldu - Qəsəbədən VİDEO+FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında XXX turun oyunları çərçivəsində "Səbail" "Kəpəz"lə qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, gərgin mübarizə şəraitində keçən matçda məhsuldar heç-heçə qeydə alınıb.

Gəncəlilər fasiləyə 2:0 hesabı ilə üstün yollanıb. Lakin Şahin Diniyevin komandası ikinci hissədə geridönüş edərək 3:2 hesabı ilə önə keçib.

Oyunun sonuna artırılan dəqiqələrdə isə bərabərlik qolunu vuran "Kəpəz" futbolçuları yekun hesabı müəyyənləşdiriblər - 3:3.

Bu nəticənin ardından bakılılar xal ehtiyatını 39-a, "sarı göylər" isə 31-ə çatdırıb.

Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu