COP29

“Bu 1 xal qızıla bərabərdir, çempionatın sonunda bizə kömək edəcək"

30 Mart 18:50 Səbail 953
“Bu 1 xal qızıla bərabərdir, çempionatın sonunda bizə kömək edəcək"

"Səbail" Azərbaycan Premyer Liqasının 28-ci turunda doğma meydanda "Turan Tovuz"la 1:1 hesablı heç-heçə edib.

Sportinfo.az xəbər verir ki, Bayıl təmsilçisinin baş məşqçisi Şahin Diniyev oyundan sonra keçirilən mətbuat konfransında açıqlama verib:

"Maraqlı oyun izlədik. Nəticəni ədalətli hesab edirəm. Hər iki komanda məğlub ola da bilərdi, qələbə qazana da bilərdi. "

Turan Tovuz" inkişaf edən komandadır. Rəqibin yaxşı hücum xətti var.

Daha sürətli oynamağa çalışırlar. Bizim üçün çətin idi, müdafiədə səhvlərimiz oldu.

Oyun dinamik keçdi. Heç bir komanda kompromisə getmək istəmirdi. 6 xallıq oyun idi.

Qazanılan 1 xal bizim üçün qızıla bərabərdir, çempionatın sonunda bizə kömək edəcək".

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"