Azərbaycan yığması Qəbələdə Moldovaya uduzdu - CANLI YAYIM

3 Oktyabr 20:26 Milli komanda 651
Azərbaycan yığması Qəbələdə Moldovaya uduzdu - CANLI YAYIM

Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisiı hazırlığın ikinci mərhələsində ilk yoldaşlıq oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, milli komandamız Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Qəbələ şəhər stadionunda keçirilən görüş rəqibin 1-0 qələbəsi ilə başa çatıb.

Millimiz növbəti yoldaşlıq oyununu oktyabrın 6-da Yaponiya yığmasına qarşı keçirəcək. Qəbələ şəhər stadionunda təşkil olunacaq görüş saat 16:00-da başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti