Bu gün II Liqada 6-cı tur start götürəcək.
Sportinfo.az xəbər verir ki, ilk turda 3 qarşılaşma keçiriləcək.
Çempionluq uğrunda mübarizə aparan “Qaradağ Lökbatan” əsas rəqiblərindən “Zəngəzur”u qəbul edəcək.
“Şəmkir“ Zaqatalada “Şəki“nin qonağı olacaq. “Ağstafa Gəncləri” isə Saatlıda "Kür-Araz”ın önünə çıxacaq.
“Qaradağ Lökbatan” – “Zəngəzur”
Hakimlər: Sənan Bayramzadə, Təhmin Cəlilbəyli, Samir Cabbarov, Fəridə Lütfəliyeva
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Azər Əsgərov
Lökbatan OİK stadionu, 15:00
“Şəki” – “Şəmkir”
Hakimlər: Kamil Aydınov, Ruslan Məmmədov, Nurlan Əhmədzadə, Rauf Salamov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Eldar Məmmədov
Zaqatala OİK stadionu, 15:00
"Kür-Araz” – “Ağstafa Gəncləri”
Hakimlər: Mehdi Yusifov, Ruslan Babayev, Cavid Ömərov, İlqar Əhmədov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Saatlı OİK stadionu, 15:30
