“Barselona” ilə müddəti 4 il olan yeni sözləşməyə imza atdı

17:20 İspaniya 101
“Barselona” ilə müddəti 4 il olan yeni sözləşməyə imza atdı

“Barselona”nın yarımmüdafiəçisi Pedro Rodrigez klubla yeni müqavilə imzalayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “Barça Universal” məlumat yayıb.

18 yaşlı futbolçu Kataloniya klubu ilə müddəti 4 il olan yeni sözləşməyə imza atıb. Müqavilənin yaxın vaxtlarda rəsmi şəkildə açıqlanacağı gözlənilir.

Pedro hələ “Barselona”nın əsas komandasında debüt etməyib və ikinci komandanın formasını geyinir. Onun “Tudelano” ilə növbəti oyunda start heyətində meydana çıxacağı gözlənilir.

İspaniyalı yarımmüdafiəçi bu mövsüm 3 oyunda iştirak edib.

“Barselona” La Liqanın 7 turundan sonra 21 xalla turnir cədvəlinə başçılıq edir. Komanda UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda, noyabrın 25-də Bakıdakı Olimpiya stadionunda “Sabah”ın qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti