Xəbər verdiyimiz kimi, "Fənərbağça""Turan Tovuz"la yoldaşlıq oyunu üçün Bakıya gəlib.
Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisinin sosial şəbəkə hesablarında Azərbaycanla bağlı paylaşım edilib.
Belə ki, Azərbaycan və Türkiyənin bayraqları paylaşılaraq bu sözlər yazılıb:
"Salam, qardaş, Can Azərbaycan!".
Oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Turan Tovuz" - "Fənərbağça" matçı saat 20:00-da başlayacaq.

