UEFA Millətlər Liqasının qrup mərhələsində Lixtenşteynlə oyun Azərbaycan millisinin 4 futbolçusu üçün əlamətdar olub.
Sportinfo.az xəbər verir ki, yığmamızın 4 üzvü qolsuz bərabərə başa çatan matçda yubileylə yadda qalıb.
Start heyətində meydana çıxan Toral Bayramov 45-ci dəfə milli formasını geyinib. Fasilədən dərhal sonra mübarizəyə qoşulan Aleksey İsayevdə bu say 35 olub.
İlk dəqiqələrdən meydanda olan digər oyunçu Vüsal İsgəndərli millidə 10-cu matçını keçirib. Gənc Rüfət Abbasov isə 5-ci görüşünə çıxıb.
Adıçəkilən oyunçulardan 4-ü millinin forması altında qol sevinci də yaşayıb. Belə ki, Toral Bayramov 5, Aleksey İsayevlə Vüsal İsgəndərli isə 1 dəfə fərqləniblər.
