Ölkəmizin əsas komandasını qayğılandıracaq xoşagəlməz...

03:40 Milli komanda 73
Ölkəmizin əsas komandasını qayğılandıracaq xoşagəlməz...

Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

Sportinfo.az xəbər verir ki, komandamız evdə Litva ilə qarşılaşacaq.

Matç öncəsi komandaların hazırkı durumu və şansları dəyərləndirilib. Ümumi mənzərə Litvanın xeyrinə görünür.

Düzdür, Litvadakı ilk matçda bərabərlik qeydə alınıb və rəqibimizin oyunlarında az qol qeydə alınır.

Buna baxmayaraq, Ayxan Abbasovun yetirmələrinin durumu daha ürəkağrıdıcıdır. Komandamız Millətlər Liqasının son 8 matçında qələbə üzü görməyib və qapısında 18 top görüb.

Bu görüşdə də mütəxəssislər az qol gözləyirlər. Ümumilikdə matçın heç-heçə nəticələnmək ehtimalı daha yüksək qiymətləndirilir.

“Palms Sports Arena”da keçiriləcək Azərbaycan – Litva oyunu saat 17:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
3 Oktyabr 18:10 Çək və bizə göndər!
3 Oktyabr 02:50 O qol da Namiqin oldu