Üzümüz bu dəfə güləcək?

03:20 Milli komanda 88
Üzümüz bu dəfə güləcək?

Azərbaycan və Litva yığmaları tarixlərində 5-ci dəfə qarşılaşacaqlar.

bu, UEFA Millətlər Liqasının qrup mərhələsinə təsadüf edəcək.

Komandalar arasında indiyə qədər keçirilən 4 matçda ümumi bərabərlik hökm sürür. Belə ki, 1998-ci ildən başlayan rəqabətdə əvvəlcə millimiz, növbəti dueldə rəqib minimal fərqlə qalib gəlib.

Son iki dueldə isə bərabərlik qeydə alınıb. Ümumi top fərqində də qalib hələ ki, müəyyənləşməyib – 3:3.

Bu gün “Palms Sports Arena”da keçiriləcək Azərbaycan – Litva oyunu saat 17:00-da başlayacaq.

Azərbaycan və Litva milliləri arasında indiyə qədər keçirilən oyunlar:

26 iyun 1998. Vilyandi, beynəlxalq turnir. Litva – Azərbaycan – 1:2

26 mart 2008. Vilnüs, yoldaşlıq oyunu. Litva – Azərbaycan – 1:0

25 mart 2019. Bakı, yoldaşlıq oyunu. Azərbaycan – Litva – 0:0

27 sentyabr 2026. Kaunas, Millətlər Liqası. Litva – Azərbaycan – 1:1

Digər Xəbərlər
Xəbər Lenti
3 Oktyabr 18:10 Çək və bizə göndər!
3 Oktyabr 02:50 O qol da Namiqin oldu