Azərbaycan millisi Millətlər Liqasında keçirdiyi ilk iki oyunda istədiyi nəticəni əldə edə bilmədi.
Yığmamız Lixtenşteyn və Litva ilə qarşılaşmalarda 2 heç-heçə etməklə işini çətinə salıb.
İlk iki oyunda yaşanan xal itkilərindən sonra millidə diqqətlər qarşıdakı oyunlara yönəlib. Komandanın üzvləri bundan sonra əsas hədəfin yalnız qələbə olduğunu deyirlər.
Yığmanın aparıcı üzvlərindən olan yarımmüdafiəçi Abdulla Xayıbulayev də qarşıdakı Litva ilə görüşdən əvvəl nikbin danışıb.
O, Sportinfo.az-a açıqlamasında vəziyyəti düzəltmək üçün meydana qələbə əzmi ilə çıxacaqlarını və bütün güclərini ortaya qoyacaqlarını bildirib:
“İtiriləcək heç nəyimiz yoxdur. Meydana qələbə üçün çıxmalıyıq. Çıxacağıq da.
Əlimizdən nə gəlirsə, nəyimiz varsa, meydanda qoyacağıq ki, bu oyunu 3 xalla başa vurub qrupdakı vəziyyətimizi yaxşılaşdıraq”.
Bu gün 8-ci kilometr stadionunda keçiriləcək qarşılaşmanın start fiti saat 17:00-da çalınacaq.
HƏBİB
