Millimizin oyunçusundan “Sportinfo”ya görünməmiş etiraflar!

19:20 Müsahibə 177
Millimizin oyunçusundan “Sportinfo”ya görünməmiş etiraflar!

Azərbaycan – Lixtenşteyn matçının ən yaxşılarından biri Abdullax Xaybulayev olsa da,

Yarımmüdafiəçi 100 faizlik qol şansını qaçırmaqla 0:0-ın əsas günahkarlarından birinə çevrildi.

25 yaşlı futbolçu oyundan sonra utandığından başını qaldıra bilmirdi.

Buna baxmayaraq, çətinliklə də olsa, Sportinfo.az-ın suallarını cavablandırdı.

- Bu nəticədən sonra nə deyə bilərsən?

- Deməyə sözüm yoxdur. Bu komandanı udmalıydıq.

- Nə çatmadı?

-1 qol vurmalıydıq ki, rəqib müdafiədən çıxsın. Bundan sonra qolların davamı gələcəkdi. Bacarmadıq. Onlar 90 dəqiqə müdafiə olundular, biz isə müdafiəni yara bilmədik.

- Millidə nə problem var?

- Bu oyunda bitiricilik və keyfiyyət.

- Bəs, ümumi planda?

- Keyfiyyət.

- Keyfiyyət zamanla, oyundan-oyuna düzələn şeydir?

- Əlbəttə.

- 23-25 yaşa qədər keyfiyyət lazımi səviyyədə olmayıbsa, bundan sonra olacaq?

- Futbol zəhməti sevir. Daha çox çalışmaqla buna nail olmaq mümkündür.

- Özün də 100 faizlik şansı boşa verdin. Oyundan sonra baş məşqçi həmin epizodla bağlı nə dedi?

- Hələ heç nə deməyib.

- Öz-özünə nə dedin?

- Həm Litva, həm də bugünkü oyunda əlverişli imkanlardan yararlana bilmədim. Halbuki şansları dəyərləndirsəydim, qalib gələ bilərdik. Bayaq dediyimə qayıdıram, bitiriciliyi və futbolçu keyfiyyətimi artırmalıyam.

HƏBUB

Digər Xəbərlər
Xəbər Lenti