Daim tənqid edilən azərbaycanlı hücumçu diqqətləri üzərinə necə çəkdi? - Şotlandiyadan VİDEO

21:00 Sportinfo TV 141
Daim tənqid edilən azərbaycanlı hücumçu diqqətləri üzərinə necə çəkdi? - Şotlandiyadan VİDEO

Azərbaycanın U-21 millisi Avropa çempionatının seçmə mərhələsində Şotlandiyada meydan sahiblərinə 2:5 hesabı ilə məğlub olub.

Komandamızın heyətində xüsusilə Nəriman Axundzadənin performansı diqqət çəkib.

Son dönəmlərdə çox tənqid olunan "Ərzurumspor"un hücumçusu meydanda olduğu 82-dəqiqə ərzində millimizin ən yaxşısı olub.

Əbəs deyil ki, millimizin heyətində ən yüksək bal ona verilib.

20-ci dəqiqədə əla reydin ardından gözəl zərbə ilə fərqlənən Axundzadə digər epizodlarda da fərdi ustalığı ilə diqqət çəkib.

O, bir neçə dəfə komanda yoldaşlarına yaxşı qol imkanları yaratmağı bacarıb.

Nəriman Axundzadənin bu oyundakı performansını özündə əks etdirən videonu sizə təqdim edirik.

Aşağıdakı linkə daxil olaraq həmin videonu izləyə bilərsiniz:

Digər Xəbərlər
Xəbər Lenti