“Bayern”in vingeri Maykl Olise karyerasını “Real”da davam etdirə bilər.
Almaniya klubu 24 yaşlı futbolçunu komandadan göndərmək istəmir.
Ancaq “Real”ın 200 milyon avroluq təklifi “Bayern”i oyunçu ilə yolları ayırmağa vadar edə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen təmsilçisi Olise ilə müqavilənin müddətini 2032-ci ilə qədər uzatmaq barədə anlaşa bilməsə, onun satışına razılıq verəcək.
Fransalı futbolçunun hazırkı sözləşməsinin vaxtı 2029-cu ilin ortalarına qədərdir.
Olise bu mövsüm Bundesliqada 4 oyuna çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə verib.
