Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən "Neftçi" yoxlama oyununda qüvvəsini sınayıb.
Sportinfo.az xəbər verir ki, Yuri Vernidubun rəhbərlik etdiyi kollektiv "Araz-Naxçıvan"la üz-üzə gəlib.
Qarşılaşma "ağ-qaralar"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Paytaxt təmsilçisinin qollarını Alen Şkribek və Andrey Ştoqrin vurub.
"Neftçi" Misli Premyer Liqasında 6 turdan sonra 15 xal toplayıb və turnir cədvəlinin zirvəsində qərarlaşıb. 2 xalı olan "Araz-Naxçıvan" isə sonuncu - 12-ci yerdədir.
"Neftçi" - "Araz-Naxçıvan" 2:0
Qollar: Alen Şkribek, 20, Andrey Ştoqrin, 89
