İspaniya La Liqasında sentyabr ayının ən yaxşı futbolçusu məlum olub.
Sportinfo.az xəbər verir ki, “Barselona”nın kapitanı Rafinya ötən ayın ən yaxşısı seçilib.
Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
29 yaşlı hücumçu mükafat uğrunda səsvermədə Kilian Mbappe (“Real”), Conatan Devid (“Atletiko”), Serxio Kamelyo (“Rayo Valyekano”) və Fer Ninyo (“Elçe”) kimi rəqiblərini geridə qoyub.
Rafinya sentyabrda İspaniya La Liqada meydana çıxdığı 4 matçda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Braziliyalı futbolçu avqustda da La Liqada ayın oyunçusu seçilmişdi.
