Bir komanda, iki təzad - Niyə belə vəziyyətə düşdük?

14:40 Milli komanda 158
Bir komanda, iki təzad - Niyə belə vəziyyətə düşdük?

Lixtenşteynlə 0:0 hesablı heç-heçə ilk baxışdan paradoksal görünür.

Bir tərəfdə oyunun böyük hissəsinə nəzarət edən, rəqibi öz meydanına sıxışdıran və 25 zərbə vuran Azərbaycan, digər tərəfdə isə bütün bu üstünlüyə baxmayaraq, qol vura bilməyən komanda var.

Statistika bunu kifayət qədər aydın göstərir. Azərbaycan topa 74 faiz sahiblənib, 672 ötürmə edib və onların 590-ı dəqiq olub.

Millimiz 25 zərbə vurub, onlardan da 16-sı cərimə meydançasının daxilindən. Lixtenşteyn isə cəmi 4 zərbə ilə kifayətlənib və heç biri qapı çərçivəsinə düşməyib. Azərbaycan 6 künc zərbəsi qazanıb.

Taktiki baxımdan Azərbaycan 4-2-3-1 quruluşu ilə oyuna başladı. Lixtenşteyn isə müdafiə zamanı daha çox 5-3-2 formasına keçərək mərkəzi bağlamağa və Azərbaycan hücumlarını cərimə meydançasından uzaqda saxlamağa çalışdı.

Bu, Azərbaycan üçün oyunun əsas taktiki problemini yaratdı: topa sahib olmaq mümkün idi, lakin həmin top sahibliyini müdafiə xəttinin arxasına keçən real epizodlara çevirmək daha çətin idi.

Azərbaycan hücum qurarkən müdafiə xəttini yüksək yerləşdirir, yarımmüdafiəçilərdən biri ilə oyunun qurulmasına kömək edir və cinahlarda genişlik yaratmağa çalışırdı.

Toral Bayramov və cinah oyunçularının mövqelənməsi nəticəsində Lixtenşteynin müdafiə xətti genişlənməyə məcbur olurdu.

Bu zaman məqsəd ya cinahdan cərimə meydançasına ötürmə etmək, ya da müdafiəçilərin yaratdığı boşluqlardan mərkəzdə istifadə etmək idi.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 Oktyabr 18:10 Çək və bizə göndər!