Biabırçılıqdan qurtulmaq üçün qeyri-adi çıxış yolu göstərdi

22:20 Milli komanda 189
Biabırçılıqdan qurtulmaq üçün qeyri-adi çıxış yolu göstərdi

01.10.2026 - Daha bir oyun Azərbaycanın futbol tarixinə qara hərflərlə yazıldı.

Ölkənin seçmə futbolçularından qurulan futbol komandası Bakıda Lixtenşteynin qapısına yol tapa bilmədi – 0:0.

Matçdan sonra bəzi futbolçular jurnalistlərlə ünsiyyətdən imtina etsə də, Elvin Bədəlov Sportinfo.az-ın tənqid dolu suallarını çəkinmədən, mərdi-mərdanə cavablandırdı.

- Lixtenşteynlə oyundakı nəticəni bir cümlə ilə necə ifadə edə bilərsən?

- Bir cümlə ilə izah vermək çətindir.

- “Biabırçılıq” uyğun gəlmir?

- Demək olar. Futbol belədir, top girməyəndə girmir. Statistikaya baxsaq, inanılmaz sayda hücum etmişik, qol imkanları yaratmışıq. Bitiricilik olmayandan sonra... Top demək olar 90 dəqiqə bizdə oldu. Rəqib 2-3 epizodda əks-hücumlara cəhd etdi, onları da zərərsizləşdirdik.

- Top girmir, yoxsa bizimkilər qol vura bilmir?

- İsti başla danışmaq, söz demək çətindir. Keyfiyyət məsələsidir. Bizdə Mahir Emreli kimi keyfiyyətli futbolçu var. Onda da alınmırsa, deməli...

- Bu futbolçulara sahib olan millinin yeri D Liqasıdır. Razısan?

- Üzərimizdə hədsiz təzyiq var.

- Nəyin təzyiqi?

- Bakıda Lixtenşteynlə oynayırsan, bütün ölkə qələbə gözləyir, oyuna baxır. Ona görə də meydanda son dərəcə ehtiyatlı davranırsan ki, birdən səhv edərəm, nəsə olar. Məsələn, elə epizod olur ki, riskli ötürmə vermək istəyirsən, amma ehtiyat edirsən. Ya da əlverişli vəziyyətdə zərbə vurmayıb ötürmə verirsən ki, birdən hədəfə düşmərəm. Təzyiq var, təzyiq.

- İndi necə edək?

- Millini rahat buraxmaq lazımdır. 1-2 il nəticəni kənara qoyub futbol oynamalıyıq. Komanda formalaşmalı, qələbələr sıralanmalı, özünəinam yaranmalıdır. Ən azından oyun planında artırmalıyıq. Lakin bu təzyiqlə çətin görünür. Fransayla oynayırıq, qələbə, Ukrayna ilə oynayırıq, qələbə, Lixtenşteynlə qələbə. Bu nəsil gedəcək, sabah başqa nəsil gələcək. Onlar gələnə kimi millidə ruh formalaşmalıdır. Heç olmasa 1-2 il komandanı rahat buraxmaq lazımdır. Məncə, bu yolla nəyəsə nail olmaq mümkündür.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti