“Məyusuq, amma ruhdan düşə bilmərik, başqa şansımız olmayacaq”

02:30 Milli komanda 84
“Məyusuq, amma ruhdan düşə bilmərik, başqa şansımız olmayacaq”

Azərbaycan komandasının yarımmüdafiəçisi Abdula Xaybulayev Millətlər Liqasının D2 qrupunun ikinci turunda Lixtenşteynlə Bakıda 0:0 hesablı heç-heçə ilə bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, yığmaamızın üzvü ilk iki turdakı bərabərliyə baxmayaraq, qalan iki görüşdə də qalib gəlmək istədiklərini deyib:

“Belə nəticədən sonra əhval-ruhiyyə aşağı düşüb. Qol vurub qalib gəlməli olduğumuzu başa düşürdük.

Məyusuq. Amma ruhdan düşə bilmərik. Qrupda hələ iki oyunumuz var.

Əvvəlki iki oyunu unudub növbəti matçlara hazırlaşmalıyıq. Başqa şansımız olmayacaq. Məqsədimizi maksimum tutub qalib gəlməliyik”.

Digər Xəbərlər
Xəbər Lenti
3 Oktyabr 18:10 Çək və bizə göndər!
3 Oktyabr 02:50 O qol da Namiqin oldu