“Sportinq”in müdafiəçisi İvan Fresneda Avropanın iki top-klubunun maraq dairəsinə düşüb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı futbolçunun transferində “Barselona” maraqlıdır.
Kataloniya klubu müdafiənin sağ cinahına yeni oyunçu axtarır. Buna səbəb Jül Kunde ilə yolların ayrılmasının mümkün olmasıdır.
Ancaq “Barselona” Fresneda uğrunda mübarizədə “Arsenal”la rəqabət aparmalı olacaq. London klubu da ispaniyalı müdafiəçinin çıxışını izləyir.
Fresneda bu mövsüm bütün turnirlər nəzərə alınmaqla 8 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə verib. “Transfermarkt” portalı onun dəyərini 20 milyon avro qiymətləndirir.
Xəbərdə adı keçən hər iki komanda “Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində rəqibləridir.
