«Səbail» Ədliyyə Nazirliyinə müraciət edib.
Bu ilin yayında klubu himayəsinə götürmüş və onu Bayıldan Qubaya köçürmək niyyəti olan yeni rəhbərlik bu prosesi rəsmiləşdirməyə çalışır.
Nazirliyə müraciətin səbəbi də budur. Sabiq «dənizçilər» oktyabrın üçüncü yarısına qədər bu işi bitirməyi planlaşdırır.
Başqa bir problem ortaya çıxmasa, «Səbail» noyabr ayından etibarən «Quba»FK adıyla I Liqada çıxışını davam etdirəcək.
«Səbail» hazırda 7 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. 2 qələbə və 1 heç-heçə əldə edən kollektiv ilk iki pilləni bölüşən «Şahdağ»la «Gəncəbasar»dan 2 xal geridədir.
SPORTİNFO.AZ
