Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti matçını keçirib.
Sportinfo.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçi olduğu komanda D Liqasının 2-ci qrupunda Bakıda Litva yığması ilə üz-üzə gəlib.
Portuqaliyalı FİFA referisi Qustavo Korreyanın idarə etdiyi qarşılaşma 8-ci km stadionunda baş tutub. Oyun Azərbaycanın çətin qələbəsi ilə yekunlaşıb.
Milli komanda hazırda qrupda 5 xalla 1-ci pillədə qərarlaşıb. Litva 4 xalla ikinci, Lixtenşteyn isə 1 xalla sonuncudur.
17:00 Azərbaycan – Litva 1:0
Qollar: Abdullah Xaybullayev, 25
Baş hakim: Qustavo Korreya (Portuqaliya)
8-ci km stadionu
Azərbaycan: Emil Balayev, Rahil Məmmədov, Bədavi Hüseynov, Rəhman Daşdəmirov, Tellur Mütəllimov, Abdulla Xaybullayev, Aleksey İsayev, Rüfət Abbasov, Toral Bayramov, Mahir Emreli, Oruc Məmmədov
Ehtiyat oyunçular: Aydın Bayramov, Rəvan Mirzəmmədov, Anton Krivotsyuk, Emin Mahmudov, Renat Dadaşov, Anatoli Nuriyev, Emil Səfərov, Elvin Bədəlov, Ceyhun Nuriyev, Vüsal İsgəndərli, Rüfət Abdullazadə, Musa Qurbanlı
Baş məşqçi: Ayxan Abbasov
Litva: Şvedkauskas, Lekiatas, Utkus, Armalas, Liçkunas, Vorobyovas, Gineitis, Lasiçkas, Slivka, Kuçiş, Doljnikov
Ehtiyat oyunçular: Paukşte, Bartkus,Tutişkinas, Steponaviçius, Kazukolovas, Şluta, Ruzqis, Yankauskas, Mixelbrink, Maljinskas, Vençkus, Burba
Baş məşqçi: Edqaras Yankauskas

