İspaniya millisinin və “Atletiko”nun müdafiəçisi Mark Pubill klubunda uzun müddət qala bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid təmsilçisinin rəhbərliyi 23 yaşlı futbolçu ilə yeni müqavilə imzalamaq istəyir.
“Atletiko”nun ilin sonuna qədər yeni sözləşmə ilə bağlı razılığa gəlməyə çalışdığı bildirilir. Tərəflər anlaşacağı təqdirdə, klubun Pubillin maaşını artırmağa hazır olduğu qeyd olunur.
Pubill 2025-ci ilin yayından “Atletiko”nun formasını geyinir. “Transfermarkt” portalı onun dəyərini 35 milyon avro qiymətləndirir.
İspaniyalı müdafiəçi bu mövsüm La Liqada 6 oyuna çıxıb, 1 qol vurub.
