"Turan Tovuz" yoldaşlıq oyununda "Fənərbağça" ilə qarşılaşıb.
Sportinfo.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matç İstanbul kollektivinin 2:0 hesablı qələbəsi ilə bitib.
Hesabı 60-cı dəqiqədə Fransa millisinin üzvü Nqolo Kante açıb. Digər qolu isə 74-cü dəqiqədə Çağrı Balta aktivinə yazdırıb.
Qrşılaşmanı azərbaycanlı baş hakim Rəvan Həmzəzadə idarə edib. Oyundan əldə olunan gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.
1994-cü ildə Azərbaycanı avrokuboklarda təmsil edən ilk komanda "Turan" olub.
Qərb təmsilçisinin UEFA Kubokundakı (hazırkı UEFA Avropa Liqası) rəqibi isə "Fənərbağça" idi. İstanbul komandası hər iki matçda qalib gəlib - 5:0, 2:0.
20:00. “Turan Tovuz” (Azərbaycan) – “Fənərbaxça” (Türkiyə) 0:2
Qollar: Kante, 60, Çağrı Balta, 74
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.
“Turan Tovuz”: 35 Aleksey Kenyakin, 5 Roderik Miller, 21 Stiv Beusnar, 23 Alexandro Serrano, 77 İbrahima Vadji, 15 Emmanuel Hakman (k), 32 Hayderson Hurtado, 7 Xorxe Silva, 25 Denis Marandiçi, 11 Dioqo Balau, 28 Aleksa Yankoviç.
Ehtiyat oyunçular: Mehman Hacıyev, Enrike Silva, Roberto Olabe, Xəyal Nəcəfov, David Tavares, Sadiq Şəfiyev, Faiq Hacıyev
Baş məşqçi: Qurban Berdıyev
“Fənərbaxça”: 34 Mert, 27 Semedo, 3 Braun, 6 Quendouzi, 22 Levent, 59 Efe Yılmaz, 91 Kante, 10 Asensio, 11 Qrinvud, 54 Çağrı, 99 Alaetti
Ehtiyat oyunçular: Ederson, Tarık, Doruk, Gökmen, Ercüment, Baran, Adnan Efe, Onur, Yiğit, Selahattin
Baş məşqçi: İsmail Kartal
