Vernidub "Neftçi" rəhbərliyinin narahatlığını aradan qaldırdı, vəd etdi ki…

14:00 Neftçi 222
Vernidub "Neftçi" rəhbərliyinin narahatlığını aradan qaldırdı, vəd etdi ki…

"Neftçi"nin yeni legionerləri bir müddət sonra əla forma yığacaq.

Bu vəd Yuri Veriniduba məxsusdur.

Klub rəsmiləri ilə görüşən baş məşqçi mövcud vəziyyətə dair müzakirələr aparıb.

Ukraynalı mütəxəssis mövsümlərarası fasilədə və son həftələrdə düşərgəyə qoşulan əcnəbi futbolçular barədə fikir bildirib.

Təcrübəli çalışdırıcı deyib ki, onların hərəsi bir vaxtda gəldiyi üçün hazırlıq səviyyələri eyni deyil. Kimisi normal, kimisi qeyri-kafi vəziyyətdə bura gəlib.

60 yaşlı sükançı qeyd edib ki, legionerlərin faydalı iş əmsalını yüksəltmək üçün ona müəyyən qədər vaxt lazımdır.

Premyer Liqada yaranmış milli fasiləni fürsət sayan Vernidub diqqətə çatdırıb ki, o, yaxın 1-2 həftə ərzində hər şeyin qaydasına düşəcəyinə inanır.

Aparılan transfer siyasətinin komandanı xeyli gücləndirdiyini, rəqabəti artırdığını söyləyən baş məşqçi titul uğrunda sonadək mübarizə aparacaqlarına şübhə bəsləmir.

Paytaxt təmsilçisi yeni mövsümə 10 yeni transferlə başlayıb.

Rüfət Abbasovu "Şamaxı"dan geri qaytaran bakılılar Qustavo Klisman (“Santa Klara”, Portuqaliya), Endryu Qravilyon ("Peksara" İtaliya), Lyubomir Tupta (AEL, Yunanıstan), Fredi Varqas ("Makkabi" Netanya), Alen Şkribek (ZTE, Macarıstan), Draqolyub Saviç (TSC, Serbiya), Denzel Jubitana ("Atromitos", Yunanıstan), Viçko Şevel ("Dandi Yunayted", Şotlandiya) və Adeleke Akinyemi ("Qnistan", Finlandiya) ilə anldaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 Oktyabr 18:10 Çək və bizə göndər!