Belçika millisi dünən UEFA Millətlər Liqasının qrup mərhələsində Türkiyə yığması üzərində 3:0 hesablı qələbə qazanıb.
Sportinfo.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Belçika millisinin baş məşqçisi Mark van Bommel nəticədən razı qaldığını bildirib:
“Mən nəticədən razıyam. Bəzən oyun qarşılıqlı hücumlarla keçirdi və belə anlarda nəzarəti itirirdik.
Rəqibin uzun müddət oyunda qalmasına imkan verdik. Buna baxmayaraq, matç ərzində məğlub ola biləcəyimizdən heç vaxt narahat olmadım”.
Belçika millisi 3 turdan sonra 6 xal toplayıb və turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Van Bommellin komandası növbəti oyununu oktyabrın 5-də Fransa millisinə qarşı keçirəcək.
