“Bu vəziyyətə özümüz-özümüzü salmışıq, özümüz də çıxmalıyıq”

14:00 Milli komanda 112
“Bu vəziyyətə özümüz-özümüzü salmışıq, özümüz də çıxmalıyıq”

Azərbaycan millisi bu gün Millətlər Liqasında növbəti oyununa çıxacaq.

Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv ilk iki qarşılaşmada – Lixtenşteyn və Litva ilə matçlarda qələbə qazana bilməyib.

Odur ki, yığma bu dəfə Litva ilə qarşılaşmada 3 xal həsrətinə son qoymağa çalışacaq. Qrupu ilk pillədə başa vurmaq sarıdan bu oyun sonuncu şans kimi qiymətləndirilir.

Millinin müdafiəçisi Elvin Bədəlov Sportinfo.az-a açıqlamasında qarşıdakı oyun, eləcə də qrupdakı vəziyyət barədə fikirlərini bölüşüb:

“Tək Litva ilə yox, noyabrda Lixtenşteynlə oyun da bizim üçün vacibdir. Bu iki oyundan nəyin bahasına olursa-olsun, 6 xalla ayrılmalıyıq ki, turniri qrup lideri kimi başa vuraq.

Bu vəziyyətə özümüz-özümüzü salmışıq, özümüz də bu vəziyyətdən çıxmalıyıq. Oturub danışacağıq, toparlanacağıq. Yaşananları bir kənara qoyub sırf oyuna köklənmək lazımdır.

Təbii ki, ilk növbədə təzyiqdən qurtulmaq mütləqdir. Təzyiqlə oyuna çıxsaq, asan olmayacaq. Əksinə, daha çox problem yaşaya bilərik.

Oyuna sakit çıxıb öz futbolumuzu oynamalı və qələbəmizi qazanmalıyıq. Ümid edirəm ki, qarşıdakı oyunda qəlbə həsrətinə son qoyacağıq”.

Bu gün 8-ci kilometr stadionunda keçiriləcək matçın start fiti saat 17:00-da çalınacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
3 Oktyabr 18:10 Çək və bizə göndər!