Azərbaycan yığması həftəiçi UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.
D Liqasında mübarizə aparan komandamız qrup mərhələsindəki ikinci oyununu Lixtenşteynə qarşı keçirib.
Ayxan Abbasovun rəhbərlik etdiyi komanda bu rəqibini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edib. Bu görüşdə qapılara qol vurulmayıb.
Azərbaycan daha öncə səfərdə Litva yığması ilə qarşılaşıb 1:1. Lixtenşteyn isə evdə Litvaya 0:2 hesabıyla uduzub.
Millimiz sabah Bakıda litvalılarla üz-üzə gələcək.
Yarımmüdafiəçi Vüsal İskəndəoli Sportinfo.az-ın əməkdaşının «qarşıdakı matçda komandamızdan nə gözləyək» sualına belə cavab verib:
«Bizdən qələbə gözləyin. Bu oyundan üzüağ çıxmaq üçün meydanda canımızı qoyacağıq.
Əlimizdən nə gəlirsə, ondan da artığını edəcəyik. Vəziyyəti yaxşı başa düşürük.
Bilirik ki, qalib gəlməsək, qrupda birinci yeri tutmayacağıq. İstəyirik ki, azarkeş stadiona gəlsin, bizə inansın».
