“Sabah”dan ayrılan Oluvasen Timilehinin yeni klubu məlum olub.
Sportinfo.az xəbər verir ki, 21 yaşlı hücumçu bundan sonra karyerasını Kosovoda davam etdirəcək.
Nigeriyalı “Ferizaj”a keçib. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Afrikalı legioner yeni komandası ilə 3 illik müqaviləyə imza atıb.
Timilehin son illərdə əsasən “Sabah-2”nin heyətində çıxış edib. O, “Sabah”ın əsas komandasında cəmi 2 matçda meydana çıxıb.
2025-ci ildə isə “İmişli”yə icarəyə göndərilib.

