“Proqnoz vermək çətindir, hər dəfə sürpriz adların şahidi oluruq”

4 Oktyabr 04:40 Cüdo 313
“Proqnoz vermək çətindir, hər dəfə sürpriz adların şahidi oluruq”

Azərbaycan cüdoçuları Bakıda keçiriləcək dünya çempionatında yaxşı çıxış edəcəklər.

Sportinfo.az xəbər verir ki, bu barədə sabiq cüdoçu Orxan Səfərov jurnalistlərə açıqlama verib.

Yeniyetmə oğlanlardan ibarət Azərbaycan millisinin məşqçisi yarışla bağlı fikirlərini bölüşüb:

"Püşkatma önəmlidir. Amma idmançılarımızın hər biri reytinqdə yuxarı pillədə qərarlaşıb.

İdmançılarımızın hər birinə inanırıq. Cüdoda proqnoz vermək çətindir.

Hər dəfə sürpriz adların şahidi oluruq. Düşünürəm ki, komandamız Bakıda da yaxşı çıxış edəcək".

Cüdo üzrə dünya çempionatı oktyabrın 4-11-də Milli Gimnastika Arenasında təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib