Azərbaycan klubunun legioneri yenə "cızığ"ından çıxdı, ədəbsiz hərəkət etdi - VİDEO

23 May 2023 09:20 Səbail 1 473
Azərbaycan klubunun legioneri yenə "cızığ"ından çıxdı, ədəbsiz hərəkət etdi - VİDEO

Azərbaycan Premyer Liqasının 35-ci turunda keçirilən “Turan Tovuz” - “Səbail” (2:2) matçında qonaqların legioneri Qoba Zakpa ədəbsiz jesti ilə yadda qalıb.

Fil Dişi Sahilindən olan hücumçu 90+3-cü dəqiqədə vurduğu qoldan sonra qeyri-etik hərəkət edib.

81-ci dəqiqədə Ağabala Ramazanovun əvəzinə meydana daxil olmuş və komandasına 1 xal qazandıran vuruşa imza atmış afrikalı əlini cinsiyyət orqanına aparıb ki, bu ədəbsiz jesti də kameralara tuş gəlib.

Zakpa ikinci dəfə belə idmançıya yaraşmayan hərəkətə yol verir. O, ilk dəfə Premyer Liqanın 29-cu turunda diqqət mərkəzinə düşüb.

Kot d ivuarlı «Sabah»la qarşılaşmanın 90+5-ci dəqiqəsində səhnəyə çıxıb və «Səbail»ə 2:1 hesablı qələbə gətirən qolu vurub.

Bundan bir qədər öncə (88-ci dəqiqədə) Franko Mazurekin yerinə meydana daxil olmuş afrikalı üzünü VİP-lojaya tərəf çevirərək, əliylə qeyri-etik jest göstərib.

Sevincini komanda yoldaşlarından gizlədən legioner həmin hərəkəti bir neçə dəfə təkrarlayıb.

Bu da nədənsə xəbər verir. Nədən?

Deməli, klub rəsmilərindən biri matçdan öncə təşkil olunan toplantıda Zakpanı aşağılayıb.

Həmin funksioner forvarda buradakı qazancını, həmçinin Premyer Liqada cəmi 2 vurmasını xatırladıb. Daha sonra ona «sən harada oynamısan» sualı verib.

Tərcüməçi vasitəsilə barəsində deyilən sözləri eşidən əcnəbi hücumçu təəccüb içində donub qalıb və yalnız «Kiprdə oynamışam» deyə bilib.

Aldığı cavabdan razı qalmayan qarşı tərəf «əşşi, sən futbolçu deyilsən» söyləyib.

Zakpa «Sabah»ın qapısından keçirdiyi topa sevinməyib əl-qol hərəkəti etməklə, məhz bu şəxsə ismarıc göndərib.

Qoba Zakpa Azərbaycana Kiprdən - "Etnikos"dan gəlib. 31 yaşlı forvard 2020-ci ildən "Etnikos"da çıxış edirdi. O, burada 54 matç keçirib, 8 qola imza

atıb.
Afrikalı hücumçu daha əvvəl Portuqaliyanın "Jil Visente", "Santa Maria" və Fransanın "Epinal" klublarında da forma geyinib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti