Elxan Məmmədov bu klubun baş məşqçisini dəyişmək istəyir

24 Mart 2023 14:00 Səbail 2 099
Elxan Məmmədov bu klubun baş məşqçisini dəyişmək istəyir

AFFA-nın sabiq icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov «Səbail»ə yeni baş məşqçi axtarır.

Ötən ilin mayından FİFA-nın Paris ofisində çalışan federasiyanın keçmiş idarəçisi, bəli, yenə özünün köhnə şakərlərindən əl çəkmir.

Fransada oturub Azərbaycan futbolunun daxili işlərinə qarışmaqda davam edən E.Məmmədov indi də Şahin Diniyevin «ayağının altını qazmağa» başlayıb.

Görünür, ikinci ötən ilin dekabrında AFFA-nın Məşqçilər Komitəsini «Səbail»ə dəyişərkən, onunla məsləhətləşməyib, yaxud xeyir-dua almayıb.

Ya elə, ye belə - Məmmədov bu gün «dənizçilər»in bərbad çıxışını əldə rəhbər tutaraq, öz namizədini «dənizçilər»ə yerləşdirməyə can atır.

Eks icraçı vitse-prezident iki məşqçi ilə əlaqə saxlayaraq, «Səbail»də işləmək istəyib-istəməməsini soruşub.

SPORTİNFO.AZ

Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM