"Hamı istəyir ki, öz komandası udsun" - Mahmud Qurbanov

4 Sentyabr 2022 21:10 Səbail 850
"Hamı istəyir ki, öz komandası udsun" - Mahmud Qurbanov

"Çətin oyun olacağını bilirdik. Çünki çempionata yaxşı başlamış komandaya qarşı oynayırdıq. Rəqibin dörd oyuna dörd qələbəsi var idi. Biz meydana ən azından uduzmamaq üçün çıxmışdıq. Futbolçularım xüsusən müdafiədə yaxşı oynadı. İlk oyun idi ki, qapımızda qol görmədik. Əks-hücumlarımız da yaxşı alınırdı. İlk yarıda qol epizodumuz oldu, rəqib qolkiper dəf etdi. Hakimlərin hamısına böyük hörmətim var. 2-3 oyunda epizodlar oldu ki, rəqibin qapısına penalti olub-olmadığına baxmaq mümkün idi. Qarşıdakı oyunlarımız var. Çətin oyunlar olacaq. Çalışacağıq ki, xal ehtiyacımızı artıraq.

Sportinfo.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Mahmud Qurbanov Premyer Liqanın 5-ci turunun "Sabah"la(0:0) görüşündən sonra deyib. O, matçdan sonra jurnalistlərin suallaırnı cavablandırıb.

- Xalı nəyin hesabına qazandınız?
- Planımız o idi ki, rəqibin sol cinahını bağlayaq. Məşqlərdə də bunun üzərində işləyirdik. Uşaqlar bunu edə bildilər. Boyan Letiçin sol cinahdan hücuma qoşulmaları və təhlükəli ötürmələri çox az oldu. Əsas planımız onu zərərsizləşdirmək idi. Qapımızı toxunulmaz saxlamaq istəyirdik ki, bunu da bacardıq.

- Mahmud Qurbanovu "Sabah"ın əvvəlki dörd rəqibinin baş məşqçisindən nə fərqləndirdi ki, xal qazana bildiniz?
- Heç kimi fərqləndirmək istəmirəm. Əvvəlki dörd rəqibin baş məşqçiləri də yaxşıdı. Biz öz komandamıza fikir veririk və xal ehtiyatımızı çoxaltmaq istəyirik.

- "Səbail" futbolçuları çox aqressiv görünürdü. Hətta son dəqiqələrdə futbolçular arasında mübahisə də yaşandı. Onlara xüsusi tapşırıq vermişdiniz?
- Bütün oyunlarda uşaqların aqressiv oynamasını istəyirik. Çünki mübarizələr olmalıdı. Bunlardan da qalib çıxmaq lazımdı. Uşaqlar bu gün aqressivliyini göstərdi. Onsuz olmaz.

- Murad Musayevlə aranızda nə yaşandı ki, özünüzdən çıxdınız?
- Mənə elə bir şey demədi. Emosialardı da, olur. Matçdan sonra övladı ilə dayanmışdı. O da emosialar olduğunu bildirdi. Hamı istəyir ki, öz komandası udsun. Ona görə də bunlar başadüşüləndi. Murad Musayevlə aramızda elə bir narazılıq yox idi. Sadəcə bir-iki söz atışması oldu, vəssalam. Qlobal heç nə yox idi.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”