Paytaxt klubu argentinalı legionerlə gücləndi

30 İyun 18:50 Səbail 486
Paytaxt klubu argentinalı legionerlə gücləndi

"Səbail" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi argentinalı yarımmüdafiəçi Franko Mazureki transfer edib.

29 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Mazurek Argentinada "Boka Xuniors", "Oll Boyz", Bolqarıstanda "Levski" (Sofiya) komandalarında oynayıb.

Son olaraq Kiprin "Etnikos" klubunda çıxış edən vinger, Yunanıstanın "Panetolikos" klubunda da oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Avqust 16:40 Abunə ol və paylaş!