Əfran İsmayılovdan NARAZILIQ: "Mərdəkanda qidalanma və şərait yaxşıdır, yalnız..."

20 Yanvar 2022 23:20 Səbail 811
Əfran İsmayılovdan NARAZILIQ: "Mərdəkanda qidalanma və şərait yaxşıdır, yalnız..."

"Səbail"in yarımmüdafiəçisi Əfran İsmayılov Sportinfo.az-a açıqlama verib.

O, komandasının təlim-məşq toplanışından və yaşadıqları çətinlikdən söz açıb:

"Təlim-məşq toplanışı üçün ölkə xaricinə gedə bilmədik. Mərdəkanda məskunlaşmışıq. Qidalanma və şərait əladı. Yalnız yoxlama oyunları üçün rəqib tapmaqda çətinlik çəkirik. Neyləmək olar, belə qərar veriblərsə, hörmət etməli və razılaşmalıyıq. Yaxşı ki, bizim kimi "Keşlə" də Bakıda qalıb".

Təcrübəli oyunçu istənilən halda bütün çətinlikləri unudub, mövsümün ikinci yarısı üçün hazırlaşmalı olduqlarını bildirib:

"Yuxarı pillələrə qalxmaq istəyirksə, bütün neqativləri beynimizdən atmalıyıq. Ciddi şəkildə oyunlara hazırlaşmalıyıq. Şükür, komandada əhval-ruhiyyə yaxşıdır. Bilirik ki, ilk olaraq qarşıda bizi ağır kubok görüşü gözləyir. İnşallah, əlimizdən gələnin maksimumun etməyə çalışacağıq".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti