“Neftçi”yə vurduğum qolun mənim üçün xüsusi əhəmiyyəti var"

26 Noyabr 2021 23:40 Səbail 683
“Neftçi”yə vurduğum qolun mənim üçün xüsusi əhəmiyyəti var"

“2018/19-cu illər mövsümü həm mənim, həm də komandam üçün uğurlu il oldu. Komanda çox baxımlı və keyfiyyətli oyun sərgiləyirdi”.

Sportinfo.az xəbər verir ki, bunu “Səbail”in sabiq moldovalı legioneri Yevgeni Koçuk deyib.

Koçuk “Səbail”də 54 oyunda 7 qol vurub. Üç mövsüm “Səbail”in şərəfini qoruyan yarımmüdafiəçi klubun rəsmi saytına müsahibədə Koçuk sabah baş tutacaq “Neftçi” ilə oyunu barədə də fikirlərini bildirib:

“Neftçi”yə vurduğum qolun mənim üçün xüsusi əhəmiyyəti var. Əsas səbəblərdən biri də komanda üçün ən lazımi anda vurulması idi.

Nəticədə komanda həmin oyunda qələbə qazandı. Bilirəm ki, mənim “Səbail”də yaxşı göstəricilərim var.

“Səbail” mənim üçün doğma klubdur. Burada keçən vaxtım məndə ancaq müsbət emosiyalar yaradır.

“Səbail”ə sabahkı oyunda uğurlar arzulayır, qələbə qazanmalarını istəyirəm. Həmçinin, onlara Premyer Liqanın bütün oyunlarında uğurlar arzulayıram”.

Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da