"Qəbələ"dən ayrılan hücumçunun paytaxt klubundakı qazancı

15 Sentyabr 2021 17:40 Səbail 929
"Qəbələ"dən ayrılan hücumçunun paytaxt klubundakı qazancı

Ötən mövsümün sonu "Qəbələ"nin təklif etdiyi maaşa razılaşmayan Nikolas Raysel yeni mövsümün əvvəli gözlənilmədən "Səbail"də peyda oldu.

Əksəriyyət bu qərarın məcburiyyətdən verildiyini düşünə bilər.

Amma 28 yaşlı fransalı hücumçu paytaxt klubuna əlacsızlıqdan "hə" deməyib.

Onun arzuladığı maaşa "Səbail"dən müsbət cavab gəlib. Məbləğ isə 10 min dollardır. Bu, legionerin hər ayına düşən paydır.

O, keçən mövsüm "Qəbələ"də bu pulun heç yarısını ala, ya almazdı.

Paytaxt təmsilçisi 28 yaşlı yarımmüdafiəçi ilə 2021/2022 mövsümünün sonuna kimi müqavilə imzalanıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"