"Qarşımıza hansısa məqsəd qoyulmayıb, özümüz istəyirik ki..."

28 İyul 2021 19:00 Səbail 608
"Qarşımıza hansısa məqsəd qoyulmayıb, özümüz istəyirik ki..."

"Səbail" yeni mövsümə hazırlıqları Gürcüstanda davam etdirir.

Yaxınlarda “dənizçilər”lə 1 illik yeni müqavilə imzalayan müdafiəçi Adil Nağıyev Sportinfo.az-a açıqlamasında təlim-məşq toplanışını dəyərləndirib:

Sitat: "Hazırlığın ilk mərhələsini Bakıda keçirdik. Yalnız fiziki yükləmələr oldu. İndi isə Gürcüstandayıq. Yoxlama görüşlərimiz olacaq.

İlk yoxlama oyunumuzu keçirdik. Burada əsas nəticə yox, komandanın oyununa baxmaqdır. Pis oyun keçirmədik.

Məşqçimizin verdiyi tapşırıqları maksimum yerinə yetirməyə çalışırıq. Qarşımıza hansısa məqsəd qoyulmayıb. Biz özümüz istəyirik ki, hər oyun yaxşı nəticə qazanaq.

Hələki heyətimiz tam deyil. Yeni oyunçular da gələcək. Baş məşqçimiz lazım olan qərarları özü verir. İnşallah, çempionata kimi hazır olarıq".

Digər Xəbərlər
Xəbər Lenti