Rahid Əmirquliyev Hacıyevlə görüşə hazırlaşır

20 İyun 2021 20:40 Səbail 1 198
Rahid Əmirquliyev Hacıyevlə görüşə hazırlaşır

"Səbail"lə müqaviləsi başa çatan Rahid Əmirquliyev gələcək karyerası ilə bağlı qərarını hələ də verməyib.

Sportinfo.az-ın əldə etdiyi məlumata görə, gözləməyə səbəb baş məşqçi Aftandil Hacıyevdir. Belə ki, 31 yaşlı yarımmüdafiəçinin yaxın 1-2 gündə baş məşqçi ilə görüşü olacaq.

"Səbail"in etdiyi təklif təcrübəli futbolçunu qane etməsə, yəqin ki, Rahid başqa təkliflər barədə düşünəcək.

Amma Əmirquliyev Aftandil Hacıyev amilinə görə, "Səbail"in etdiyi təklifdə müəyyən güzəştlərə gedə bilər. Söhbət ötən ilki maaşların azaldılmasından gedir.

Xatırladaq ki, 31 yaşlı yarımmüdafiəçi 2018-ci ildən "Səbail"də çıxış edir. O, son mövsüm Bakı təmsilçisinin heyətində 28 görüşə çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti