"Qarabağ"ın düşdüyü vəziyyət bizi maraqlandırmır"

25 Fevral 2021 17:00 Səbail 751
"Qarabağ"ın düşdüyü vəziyyət bizi maraqlandırmır"

"Ötən turda qazandığımız qələbənin davamını bu gün də gətirmək istəyirik".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Səbail"in baş məşqçisi Atandil Hacıyev deyib.

Bayıl təmsilçisinin çalışdırıcısı bu gün Premyer Liqanın 17-ci turu çərçiəvsində "Qarabağ"a qarşı keçirəcəkləri matçdan danışıb. Gənc mütəxəssis uğurlu nəticəyə kökləndiklərini bildirib:

"Sabah"ı udandan sonra komandamızda əhval-ruhiyyə bir qədər də yaxşılaşıb. Özünəinam hissi qayıdıb.

"Qarabağ"ın çempionluq uğrunda mübarizə aparması öz işidir. Bu, bizi maraqlandırmır. Bizim üçün əsas öz çıxışımız və nəticələrimizdir.

Onların düşdüyü vəziyyətə heç nə deyə bilmərəm. Çalışacağıq ki, "Sabah" üzərində qələbənin davamını gətirək və bunun bir təsadüf olmadığını göstərək.

Komandamızın qarşısına avrokuboklara vəsiqə qaznmaq tələbi qoyulmayıb, gücümüz nəyə çatırsa, onu da nümayiş etdirmək istəyirik".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"