Argentina millisinin yarımmüdafiəçisi Enzo Fernandes, komandanın baş məşqçisi Lionel Skaloni haqqında danışıb.
Sportinfo.az ESPN-ə istinadən xəbər verir ki, “Mançester Siti”nin futbolçusu bunu deyib:
“Bu komandanı Skaloni qurub. Onun vəzifəsində qalması bizim üçün vacibdir. Biz ən yüksək səviyyədə mübarizəni davam etdirəcəyik. Komanda Lionel Messinin gedəcəyi faktını qəbul etməli və işini davam etdirməlidir”.
Skaloni 2018-ci ildən bəri Argentina millisinə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda 2022-ci il dünya çempionatının qalibi olub və iki dəfə Amerika kubokunu qazanıb.
48 yaşlı mütəxəssisin yığma komanda ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin dekabr ayının sonuna qədər qüvvədədir.
