Şəhriyarla Teymurun Dünya Kubokunda ilk rəqibləri

24 İyun 2021 18:20 Şahmat 504
Şəhriyarla Teymurun Dünya Kubokunda ilk rəqibləri

Azərbaycan şahmatçılarının Rusiyanın Soçi şəhərində keçiriləcək Dünya Kubokunda ilk rəqibləri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, kişilərin yarışında favoritlərdən Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Nicat Abbasov mübarizəyə 1/64 final mərhələsindən başlayacaq. V

asif Durarbəyli isə 1/128 finalda finlandiyalı Dmitri Klyarovla üz-üzə gələcək.

Qadınlar şahmatçılar isə 1/64 finaldan başlayaraq mübarizə aparacaqlar.

Bu mərhələdə Türkan Məmmədyarova Lisandro Teresa Ordas Valdes (Kuba), Gülnar Məmmədova Narva Mai (Estoniya), Ülviyyə Fətəliyeva Padmini Routla (Hindistan) qarşılaşacaq. Günay Məmmədzadə isə ilk görüşünü 1/32 finalda keçirəcək.

Kişilər

1/128 final

Vasif Durarbəyli - Dmitri Klyarov (Finlandiya)

Qadınlar

1/64 final

Türkan Məmmədyarova - Lisandro Teresa Ordas Valdes (Kuba)

Gülnar Məmmədova - Narva Mai (Estoniya)

Ülviyyə Fətəliyeva - Padmini Rout (Hindistan)

İyulun 10-da start götürəcək Dünya Kuboku avqustun 8-dək davam edəcək. Yarışa 206 kişi, 103 qadın şahmatçı qatılacaq.

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!