Biz bu hücumçunu Azərbaycan klubunda görəcəyik? – VİDEO-BLOQ

22 Aprel 2020 11:00 Sabah 1 733
Biz bu hücumçunu Azərbaycan klubunda görəcəyik? – VİDEO-BLOQ

“Sabah” Cənubi Afrikanın “Orlando Pirates” klubunda çıxış edən Vinsent Pule ilə maraqlanır.

Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi 28 yaşlı hücumçunu transfer siyahısına daxil edib.

“Sabah”ın cənubi afrikalı oyunçu Hendrik Ekşteyni aldıqdan sonra bu ölkənin başqa futbolçularını da izlədiyi bildirilir. “Orlando Pireates”in rəsmi təklif gəldikdə qəbul edib-etməyəcəyi bəlli deyil.

Pule 2018-ci ildən hazırkı klubunda çıxış edir. O, bu günə qədər komandası ilə keçirdiyi 46 görüşdə 8 qol vurub.

Hendrik Ekşteyn 2019-cu ilin yayında "Sabah"a keçib. O, carı mövsümün qış transfer dönəmindən "Səbail"in formasını geyinir.

Digər Xəbərlər
Xəbər Lenti