O, "Sabah"a gələndən sonra… Murad Musayevin əksini etdi

18 İyun 2024 01:50 Sabah 1 947
O, "Sabah"a gələndən sonra… Murad Musayevin əksini etdi

Krunoslav Renduliçin gəlişindən sonra həm "Sabah"ın oyununda, həm də ayrı-ayrılıqda futbolçuların çıxışında dəyişiklik hiss olunur.

Bu, xorvat mütəxəssisin futbolçuların qarşısında qoyduğu tələblərlə bağlıdır.

Sportinfo.az xəbər verir ki, sportal.az-ın əldə etdiyi məlumata görə, Renduliç "Sabah"a gələndən sonra Amin Seydiyevlə fərdi çalışmağa başlayıb.

Məsələ burasındadır ki, Murad Musayevin dönəmində millimizin müdafiəçisi hücuma az-az qoşulurdu. Rusiyalı mütəxəssis müdafiənin sol cinahında yer alan Letiçdən daim hücuma getməyi tələb edirdisə, Aminin irəli çıxmamasını tapşırırdı.

Bu mənada fərqli düşüncəyə malik olan Renduliç Amin Seydiyevdən daim hücumlara qoşulmağı, irəlidə də aktiv olmağı tələb edir.

Xorvat mütəxəssis hər məşqdən sonra Aminlə fərdi hazırlıq keçir. O, düşünür ki, millimizin müdafiəçisi bir qədər də artıra, komandaya daha çox xeyir verə bilər.

Buna görə də, Renduliç Aminin hücum keyfiyyətlərini artırmağa çalışır.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu