“Sabah”ın U-19 komandası bu gün UEFA Gənclər Liqasında növbəti oyuna çıxıb.
Sportinfo.az xəbər verir ki, Adino Mustedanaqiçin rəhbərlik etdiyi komanda Norveçdə “Vikinq”in müvafiq yaş qrupu ilə üz-üzə gəlib.
Görüş Norveç təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Hazırda “Sabah” turnir cədvəlində 3 oyundan 0 xalla sonuncu - 36-cı, "Vikinq" isə 9 xalla 7-ci yeri tutur.
Bu klubların əsas komandaları UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda bu gecə Bakı vaxtı ilə saat 00:00-da "Viking Stadium"da üz-üzə gələcəklər.
“Sabah”ın U-19 komandası növbəti matçını noyabrın 25-də “Barselona”ya qarşı keçirəcək. Bakı təmsilçisi daha əvvəl Dortmund “Borussiya”sına (0:2), Çexiyanın “Slaviya” (0:3) və İngiltərənin “Mançester Yunayted” (0:5) komandalarına məğlub olub.
