“Sabah”ın legioneri Umarali Rahmonaliyev Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmalarından danışıb.
Sportinfo.az xəbər verir ki, özbəkistanlı yarımmüdafiəçi “pley-off”da “Hapoel”ə (Beer-Şeva) qalib gəldikləri oyunu belə xatırlayıb:
“Vacib oyunda qələbə qazandıq. Bu uğur Azərbaycan xalqını bizimlə birləşdirdi.
Azarkeşlər komandaya dəstək olmaq üçün bura gəlmişdilər. Hisslərimi sözlə ifadə edə bilmirəm.
Uşaqlarla fəxr edirəm. Azərbaycan futbolunun inkişaf etdiyini görürük.
Liqa mərhələsində rəqibin bizim üçün fərqi yoxdur. Öz oyunumuzu oynayacağıq və qarşılaşmalara hazırlaşacağıq”.
Umarali komandasının ikinci, özünün isə ilk qolundan danışıb:
“Orhus”la oyunda da imkanlarım olmuşdu. Məşqçilər demişdi ki, sənin qoluna ehtiyac var.
Şans olsa, zərbə vur, qol olacaq. Şükürlər olsun, alındı.
Çempionlar Liqasında zəif komanda yoxdur, hər biri güclüdür. Kimisə fərqləndirmək istəməzdim, amma düşünürəm ki, “Bernabeu”da “Real”a qarşı oynamaq yaxşı olar”.
