Azərbaycana səs salan baş məşqçi Dubayı yox, Qəbələni seçdi - FOTOLAR

6 Oktyabr 23:40 Sabah 177
Azərbaycana səs salan baş məşqçi Dubayı yox, Qəbələni seçdi - FOTOLAR

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Sabah”da sükut hökm sürür.

Buna səbəb milli komandaların oyunları ilə bağlı yaranmış fasilədir.

Baş məşqçi Valdas Dambrauskas qəhrəman futbolçuları mükafatlandıraraq onlara bir həftəlik dincəlmək imkanı yaradıb.

10 nəfər yığmaların düşərgəsinə qoşulub, digərləri isə yorğunluğunu müxtəlif ölkələrdə çıxarır.

Hər nə qədər qəribə səslənsə də, Dambrauskas istirahət dönəmini ölkə xaricində yox, Azərbaycanda keçirir. Litvalı mütəxəssisin Dubay, yaxud başqa kurort şəhərinə yollanmaq üçün hər cür imkanı varkən, o, dağlıq rayon və kəndləri gəzmək qərarına gəlib.

49 yaşlı çalışdırıcı xanımı ilə birlikdə Qəbələ ilə İsmayıllının kəndlərini ziyarət edib, gəzib=görməli yerlərdən həzz alıb.

Daha sonra həmin görüntüləri sosial media hesablarında yerləşdirərək izləyicilərinə təqdim edib. Və bunun qarşılığında növbəti dəfə azərbaycanlı futbolsevərlərin rəqbətini qazanıb.

Maraq üçün bildirək ki, Dambrauskas buna qədər Quba və Qusara səfər etmişdi.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
6 Oktyabr 18:10 Çək və bizə göndər!
6 Oktyabr 03:50 FIDE prezidenti Bakıdadır