“Barselona” azarkeşləri üçün Çempionlar Liqasında “Sabah”la keçiriləcək səfər oyununun biletləri satışa çıxarılıb.
Sportinfo.az İspaniya mətbuatına istinadən xəbər verir ki, matçın biletlərinin qiyməti 7,5 avro dəyərindədir.
İspanlar üçün son müraciət tarixi 14 oktyabr olaraq müəyyənləşdirilib. Biletlər stadionun qonaq azarkeşlər üçün nəzərdə tutulmuş sektorunda da olacaq.
Yazıda qeyd olunub ki, “Sabah”la qarşılaşma “Barselona” üçün son illərin ən qeyri-adi və fərqli səfər görüşüdür.
“Sabah” – “Barselona” oyunu Liqa mərhələsinin 5-ci turu çərçivəsində, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək.
