“Sabah”ı avrokuboklardan edən şübhəli qırmızı vərəqə - VİDEO+FOTOREPORTAJ

17 May 2022 02:50 Sabah 712
“Sabah”ı avrokuboklardan edən şübhəli qırmızı vərəqə - VİDEO+FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında XXVII turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, "Sabah" doğma meydanda "Sumqayıt"la 2:2 hesablı heç-heçə edib.

"Gənclik şəhəri" təmsilçisindən Vurğun Hüseynov 56-cı dəqiqədə, Rəhim Sadıxov isə 83-cü dəqiqədə fərqlənib.

Meydan sahiblərindən isə 90+5-ci dəqiqədə penaltidən Kristian Sebalyos 90+6-cı dəqiqədə Aleksey Kaşuk adını tabloya yazdırıb.

matçın baş hakimi Rəşad Əhmədovun 53-cü dəqiqədə meydan sahiblərinin futbolçusu Amin Seydiyevə göstərdiyi qırmızı vərəqə kifayət qədər müzakirə olunub.

Məhz bundan sonra “Sabah” hesabda geri düşüb və Konfrans Liqasına vəsiqə qazanmaq şansından məhrum olub.

Həmin epizodu təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti