Agenti Şkuletiçin “Sabah”dan ayrılmasının səbəbini dedi – EKSKLÜZİV AÇIQLAMA

27 Oktyabr 16:40 Sabah 956
Agenti Şkuletiçin “Sabah”dan ayrılmasının səbəbini dedi – EKSKLÜZİV AÇIQLAMA

“Sabah” sentyabrın 14-də heyətini qatdığı Petar Şkuletiçlə yollarını bu gün ayırdı.

Sportinfo.az-ın yaydığı bu xəbər artıq rəsmi təsdiqini tapıb.

Cəmi ayyarım komandada olan, “Sabah”a indi-indi uyğunlaşmağa başlayan 31 yaşlı hücumçunun öz istəyi ilə müqaviləsinə xitam verilməsini xahiş etməsi sual doğurmaya bilməz.

Mütləq ki, pərdənin arxasında gizlənən nəsə var.

Həmin “nəsə”ni tapmaq üçün Şkuletiçin “Sabah”a keçidinə vasitəçilik edən Boyan İliçlə əlaqə saxladıq. Vaxtilə ölkəmizdə top qovmuş serbiyalı agent Sportinfo.az-a ayrılığın səbəbini açıqladı:

“Petarın “Sabah”dan ayrılması sırf öz istəyinin nəticəsidir. Çox ciddi ailə məsələsinə görə bu qərarı verməli oldu.

Ailəsini Bakıya aparmışdı, uşaqlarını məktəbə və bağçaya yazdırmışdı. Hətta anası da onlarla birgə idi. Sadəcə, mətbuata açıqlamaq istəmədiyim səbəbdən qala bilmədi.

Klubda və ölkədə hər şey onu qane edirdi. Belə danışaq, ilk gündən onu nəsə qane etməsəydi, ailəsini Bakıya aparmazdı.

Dediyim kimi, ciddi ailə problemi üzündən Serbiyaya qayıtmaq istədi. Başqa səbəb axtarmağa dəyməz”.

İliç başqa səbəb axtarmağın yersiz olduğu desə də, futbolçuya yaxın mənbə başqa əsas göstərdi.

Adının açıqlanmasını istəməyən şəxs Şkuletiçin komandaya uyğunlaşa bilmədiyini, orda xoş gələcəyini görə bilmədiyini diqqətimizə çatdırdı.

Serbiyalı forvard “Sabah”da olduğu müddətdə 4 oyunun iştirakçısı olmaqla meydanda 190 dəqiqə keçirib. Matçların heç birində qol istəyinə çatmayıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti