Respiblikanın bu bölgəsində yeni klub yaradıldı

27 Sentyabr 2023 19:40 Region Liqası 1 240
Respiblikanın bu bölgəsində yeni klub yaradıldı

Azərbaycanda yeni klub həyata “vəsiqə qazanıb”.

Bu dəfə Xaçmaz futbol xəritəsində yer alıb.

Belə ki, adıçəkilən rayonda “Şimal” fəaliyyətə başlayıb. Bölgə təmsilçisi növbəti mövsümdən Region Liqasında mübarizə aparacaq.

Onun başında tanış sima dayanıb. Bu, vaxtilə “Xəzər Lənkəran”ın formasını geyinmiş Tural Cəlilovdur. Ötən mövsüm “Qusar”ın heyətində Region Liqasının çempionu olmuş müdafiəçi indi də doğma rayonunun təmsilçisinin əsasını qoyub.

2023/24-ci il mövsümünün püşkatma mərasimi oktyabrın əvvəlində keçiriləcək.

Federasiya növbəti yarışın minimum 30 komandanın iştirakıyla təşkilini planlaşdırır. Onlardan «Qarxun», «Lənkəran», «Balakən», «Xanlıq», «Ramana» və «Hacıqabul»un ilk dəfə bu çempionatda qüvvəsini sınayacağı dəqiqləşib.

Həmçinin liqanın ilk 2 mövsümünün çempionu olan «Uğur»un fəaliyyətini bərpa etməsini qeyd etməliyik. Sumqayıt təmsilçisi 3 illik aradan sonra futbol səhnəsinə dönüb.

Turnirin ötənilki iştirakçılarından «İsmayıllı», «Gənclik», «Göyçay», «Şirvanovka», “Göyəzən”, “Neftçala” və «Dirçəliş» da yeni sezonda yarış meydanında yer alacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti